İlon Mask məhkəməyə verilib
12:33 DünyaABŞ-nin qiymətli kağızlar və birjalar üzrə komissiya (SEC) "X" sosial şəbəkəsinin alınması ilə əlaqədar məşhur amerikalı biznesmen İlon Maska qarşı federal məhkəmədə iddia qaldırıb.
Olaylar.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, qurum uzun sürən istintaqın yekunu olaraq məhkəməyə müraciət etmək qərarına gəlib.
İddia ərizəsinə əsasən, Mask investorlardan ictimai şirkətdən 5% və daha artıq payın alınması zamanı 10 gün ərzində bu haqda aidiyyəti qurumları məlumatlandırmaq tələbini pozub.
SEC-ə görə, sosial şəbəkənin səhmlərinə sahib çıxan milyarder həmin informasiyanın açılmasını ləngitdiyindən bu, onun şirkətin alışından 150 milyon dollardan çox pula qənaət etməsinə şərait yaradıb.
O da deyilir ki, bundan investorlar da ziyan çəkib, belə ki, onlar Maskın planları haqda öncədən məlumatlı olmadıqlarından "Twitter"dəki səhmlərini süni endirilmiş qiymətlərə satmalı olublar.