Apple ilk dəfə olaraq ABŞ-dan çipli iPhone buraxacaq - ÖZƏL
15 Yanvar 10:24 DünyaApple 2025-ci ildə ABŞ istehsalı olan prosessor əsasında ilk iPhone-u buraxacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Nikkei agentliyi məlumat yayıb.
İnsayder hesabatında qeyd olunur ki, Apple üçün prosessorlar istehsal edən Tayvan şirkəti Taiwan Semiconductor Manufacturing Co (TSMC) Arizonadakı zavodunda çip istehsalı xəttini işə salmağa hazırdır. "Kütləvi istehsal olunan kommersiya çiplərinin ilk partiyası bu rübdə gözlənilir", - jurnalistlər qeyd ediblər.
Materiallarda deyilir ki, iPhone üçün prosessorların sınaq istehsalı artıq başa çatıb - Apple hazırda keyfiyyəti qiymətləndirir. Mühəndisləri çiplərin yeni partiyası qane edərsə, şirkət ABŞ-da yığılmış ilk iPhone-ları buraxmağa hazır olacaq. Əksər hallarda, Apple smartfonları və digər cihazları Çində yığır.