Kirbi: Silah tədarükü Zelenskini danışıqlarda gücləndirə bilər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, Ukraynaya davam edən silah tədarüklərinin əsas məqsədi Vladimir Zelenskinin mümkün sülh danışıqlarında mövqeyini gücləndirməkdir.

Kirbi vurğulayıb ki, bu silah tədarükləri Zelenskiyə konfliktin sonlandırılmasına dair qərar verərkən üstünlük təmin edəcək və ona vacib təsir vasitələri qazandıracaq:
"Zelenski güc mövqeyindən çıxış edərək sülh danışıqlarını başlatmaq üçün lazımi üstünlüyü əldə edəcək."

O, həmçinin ABŞ Prezidenti Co Bayden administrasiyasının fəaliyyətinin son həftələrində də bu tədarüklərin davam edəcəyini bildirib. Bu, Donald Trampın münaqişəni həll etməklə bağlı planlarına baxmayaraq həyata keçiriləcək.

Xatırladaq ki, Bayden administrasiyası Donald Trampın Ağ Evə gəlişindən əvvəl Ukraynaya tarixi miqyasda silah tədarükü həyata keçirməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31