Ağ Ev Rusiyanın nəzarət altında olduğu sahələri tanıyır – ÖZƏL

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiya hərbçilərinin xüsusi hərbi əməliyyat bölgəsində bir neçə istiqamətdə əldə etdiyi uğurları tanıyıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiya Koordinatoru Con Kirbi jurnalistlərlə keçirdiyi brifinqdə açıqlama verib.

Kirbi bildirib ki, Ukrayna ilə mümkün danışıqlar və atəşkəs barədə qərar vermək yalnız Kiyevin səlahiyyətindədir. O, ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq etməyəcəyini və onun danışıqlara başlamağa təşviq edilməyəcəyini vurğulayıb.

"Doğrudur ki, ruslar şərqdə müəyyən irəliləyiş əldə ediblər. Həmçinin, onlar Kursk bölgəsi ətrafında ukrayna mövqelərinə hücum edirlər", - deyə Kirbi bildirib.

Ağ Ev nümayəndəsi qeyd edib ki, əgər Zelenski danışıqlara başlamağa qərar versə, bu, yalnız Kiyevin qərarı olacaq və hansı şərtlərlə aparılacağını yalnız onlar müəyyən edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31