Tramp HƏMAS-a xəbərdarlıq etdi: Əsirləri azad edin! - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin yenidən seçilmiş prezidenti Donald Tramp Fələstin hərəkatı HƏMAS-dan onun andiçmə mərasiminə qədər, yəni 2025-ci il yanvarın 20-nə kimi əsirləri azad etməyi tələb edib. Əks halda ciddi nəticələrin olacağı ilə xəbərdar edib. Bu barədə siyasətçi Floridada, Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında danışıb.

"Mən xəbərdarlıq etdim ki, əgər əsirlər həmin tarixə qədər evlərinə qayıtmasalar, cəhənnəm qopacaq," - deyə Tramp bildirib.

Jurnalistlərin bunun konkret olaraq nə demək olduğunu soruşmasına cavab olaraq siyasətçi qeyd edib:
"Onlar özləri bunun nə demək olduğunu anlamalı olacaqlar və bunda heç bir xoş şey olmayacaq."

Bundan əvvəl Donald Tramp Ukraynanın Rusiyaya ərazi güzəştinə getməli olub-olmaması ilə bağlı daha sonra cavab verəcəyini bildirib. ABŞ-nin yeni seçilmiş prezidenti bu suala Ukrayna və Rusiya rəhbərləri ilə görüşdən sonra cavab verəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31