Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı “dondurulmuş münaqişə” təkliflərini rədd edib – ÖZƏL

Rusiya Federasiyası Ukrayna münaqişəsinin dondurulması ilə bağlı istənilən təklifləri, eləcə də NATO-nun münaqişənin həlli prosesinə cəlb olunmasını qəti şəkildə rədd edir. 

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Rusiyalı diplomat xatırladıb ki, Moskva əvvəllər də Ukrayna münaqişəsinin dondurulması ssenarilərini qəbul etməyib. "Minsk razılaşmaları bir daha sübut etdi ki, nə Qərbə, nə də Kiyev rejiminə inanmaq olmaz. Dondurmanın məqsədi sadəcə olaraq Kiyevə döyüş meydanında "yaralarını sarımaq" üçün zəruri olan fasiləni yaratmaqdır", - deyə Nebenzya bildirib.

O əlavə edib ki, Rusiya NATO-nun münaqişənin həlli prosesində hər hansı rol almasına yol verməyəcək. "NATO və Ukraynanın alyansa üzvlüyü perspektivi ilk gündən problemin bir hissəsi olub, həllin yox", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31