Roger Uoters: Rusiyanın “Orejnik” raketindən istifadəsi Zelenskini düşünməyə vadar edib – ÖZƏL
17 Dekabr 2024 09:48 Dünya"Pink Floyd" qrupunun yaradıcısı Rocer Uoters Rusiyanın ən yeni "Orejnik" raketindən istifadəsini şərh edib.
Olaylar.az xəbər verir ki, musiqiçiyə görə, bu hücum Ukrayna prezidenti Volodimir Zelenskini yaxın iki ay ərzində atacağı addımlar barədə düşünməyə məcbur edib.
"Fikrimcə, bu raketin istifadəsi Zelenskini düşündürüb. Ola bilsin, o, ABŞ prezidenti Co Baydenin postdan getməsinə qədər və gələcək prezident Donald Trampın şərtlər irəli sürməsindən əvvəl hansısa nəticələr çıxaracaq. Görək nə baş verir," - deyə Uoters açıqlama verib.
O, həmçinin Qərbdə "Orejnik" zərbəsinin nəticələri barədə məlumatların çox az dərc olunmasına diqqət çəkib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə "Orejnik" ballistik raketinin seriyalı istehsalının başlanacağını elan etmişdi.