Zabaykalda avtobus qəzası: 2 nəfər ölüb, 3 nəfər yaralanıb – ÖZƏL

Zabaykal diyarının Qazimuro-Zavodski rayonunda sərnişin avtobusu aşıb. 

Olaylar.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı regional Daxili İşlər İdarəsinin mətbuat xidməti yayıb.

Qəzada 2 nəfər hadisə yerində dünyasını dəyişib, daha 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Avtobusda ümumilikdə 21 sərnişin olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31