Çin XİN rəhbəri: “Çin Suriyanı dəstəkləməyə davam edəcək” – ÖZƏL

Çinin Xarici İşlər Naziri Van İ Suriyaya yardım məsələsi ilə bağlı açıqlama verib. O bildirib ki, Çin Xalq Respublikası Suriya dövlətini dəstəkləməyə və onun suverenliyini qorumağa davam edəcək. Van İ-nin sözlərinə görə, Çin hökuməti terrorçuların yaratdığı xaosa qarşıdır və Suriyada sabitliyin bərpasına kömək edəcək. 

Olaylar.az xəbər verir ki, bu açıqlama Çin diplomatiyasına həsr olunmuş konfrans çərçivəsində səsləndirilib.

"Hazırda Suriyada vəziyyət qəfil dəyişib, Çin Suriya xalqını dəstəkləməyə davam edəcək", - deyə Van İ vurğulayıb.

Avropa İttifaqı isə əks mövqedə dayanaraq Suriyanın yeni rəhbərliyi ilə əlaqə saxlamaqdan imtina edib. Avropa Komissiyasının nümayəndəsi Anuar Əl-Anuni hazırkı hakimiyyət üzvlərini terrorçu adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31