ABŞ Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ hökuməti qarşıdakı həftələrdə Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə məlumat verib.

"Yalnız cümə günü (13 dekabr) biz ölkədə demokratiyanı sarsıtmaqda məsuliyyət daşıyan hökumət nümayəndələri ilə əlaqəli 20 nəfərə qarşı viza məhdudiyyətləri tətbiq etdik. Qarşıdakı həftələrdə başqa addımlarımız da olacaq", - deyə Miller qeyd edib.

Dövlət Departamenti rəsmisi əlavə edib ki, Ağ Ev Gürcüstanda demokratik rejimin vəziyyətindən və "Gürcü Arzusu" fraksiyasının xalq hakimiyyətini şübhə altına alan fəaliyyətindən narahatdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstan hökuməti Litva və Estoniyaya qarşı cavab sanksiyaları tətbiq etməmək qərarına gəlib. Qeyd edək ki, sözügedən dövlətlər daha əvvəl Gürcüstan hakimiyyətinin 20 nümayəndəsinə qarşı sanksiyalar tətbiq etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31