Putin: “İqtisadiyyat yalnız faiz dərəcəsi ilə yaşamır” – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin ölkə iqtisadiyyatının vəziyyətini dəyərləndirərək, onun yalnız faiz dərəcəsi ilə deyil, həm də bazarda məhsul təklifi ilə yaşadığını vurğulayıb. 

Olaylar.az xəbər verir ki, prezident bu fikirləri 16 dekabrda Kreml divarlarında Rusiyanın iri şirkət və biznes birliklərinin rəhbərləri ilə keçirilən görüşdə səsləndirib.

"Biz balanslı iqtisadi artıma nail olmaq, təklif iqtisadiyyatını inkişaf etdirmək istəyirik. Bu, geniş spektrdə həm iş təmin edə bilər, həm də lazım olan, o cümlədən makroiqtisadi parametrlərə nail olmağımıza şərait yaradar. Çünki iqtisadiyyat yalnız faiz dərəcəsi ilə yaşamır, həm də bazarda məhsul təklifi ilə," - deyə dövlət başçısı qeyd edib.

Görüş zamanı Vladimir Putin Rusiya biznes nümayəndələrini 2024-cü ilin uğurlu nəticələrinə görə təbrik edib. Eyni zamanda, o, sahibkarlardan ekoloji problemlərin həlli məsələlərinə də diqqət yetirməyi tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31