Aİ-nin Suriyanın yeni hakimiyyəti ilə dialoqa başlaması üçün əsas şərt – ÖZƏL
16 Dekabr 2024 20:47 DünyaAvropa İttifaqının (Aİ) Suriyanın yeni hakimiyyəti ilə dialoqa başlaması üçün əsas şərt Rusiyaya məxsus hərbi bazaların ölkədən çıxarılması olmalıdır.
Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Biz Suriyanın hakimiyyəti ilə dialoq üçün əsas şərt olaraq onların Rusiya bazalarından qurtulmasını tələb etməliyik," - deyə Kallas qeyd edib. Onun sözlərinə görə, bu məsələ nazirlər tərəfindən müzakirə olunub və bir çoxları bu mövqeyi dəstəkləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31