ABŞ-nin 2024-cü il hərbi büdcəsi 909,6 milyard dollar təşkil edir – ÖZƏL

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-nin cari il üçün hərbi büdcəsi 909,6 milyard dollar təşkil edir. 

Olaylar.az xəbər verir ki, bu rəqəm müdafiə naziri Andrey Belousovun RF Müdafiə Nazirliyinin genişləndirilmiş Kollegiya iclasında təqdim etdiyi hesabat materiallarında əks olunub.

Sənəddə NATO-nun əsas üzv ölkələrinin hərbi büdcələri də qeyd edilib. ABŞ-dən sonra hərbi xərcləri ilə Almaniya 97 milyard dollar, Böyük Britaniya 82 milyard dollar, Fransa isə 63 milyard dollar büdcə ilə ön sıralarda yer alır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Kollegiya iclasında bildirib ki, ölkə ümumi daxili məhsulun (ÜDM) 2,5%-dən çoxunu hərbi xərclərə yönəldir. Prezident qeyd edib ki, bu vəsaitlər səmərəli şəkildə xərclənməlidir, çünki Rusiya hərbi büdcəni sonsuz şəkildə artırmaq imkanına malik deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31