Vladimir Putin: Rusiya paralimpiyaçılarının hər biri 3 milyon rubl mükafat alacaq – ÖZƏL
16 Dekabr 2024 19:34 DünyaRusiya Prezidenti Vladimir Putin XVII Paris Yay Paralimpiya Oyunlarının hər bir rusiyalı mükafatçısına 3 milyon rubl mükafat veriləcəyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, dövlət başçısı bu bəyanatı dekabrın 16-da, 2024-cü il Paralimpiya Oyunlarının qalibləri ilə görüşündə səsləndirib.
Vladimir Putin rusiyalı paralimpiyaçıların bir daha lider mövqelərini sübut etdiklərini vurğulayıb. Onları əsl qəhrəmanlar və unikal insanlar adlandıran prezident, paralimpiyaçıların qələbələrinin ölkə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Eyni zamanda, dövlət başçısı Parisdə keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarını şərh edərək, bu tədbirlərin idman bayramı anlayışından çox uzaq olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31