Avropa İttifaqı Utair aviaşirkətinə qarşı sanksiyalar tətbiq etdi – ÖZƏL
16 Dekabr 2024 19:32 DünyaAvropa İttifaqı (Aİ) Rusiya aviaşirkəti Utair-ə qarşı sanksiyalar tətbiq edib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunmuş sənəddə yer alıb.
Məlumata görə, Utair Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 15-ci sanksiya paketi çərçivəsində məhdudiyyətlərə məruz qalıb. Bununla yanaşı, yalnız bir aviaşirkətlə kifayətlənməyən Aİ, həmçinin Leading Charter Technologies adlı özəl yükdaşıma şirkətinə də sanksiyalar tətbiq edib.
Sənəddə hər iki qərarın səbəblərinə dair izahatlar verilib. Utair şirkəti guya Ukraynanın suverenliyi və müstəqilliyinə təhlükə yaradan hərəkətləri dəstəkləməkdə ittiham olunur. Leading Charter Technologies isə Avropa İttifaqının məhdudiyyətlərini pozmaqda günahlandırılıb.
Qeyd edək ki, dekabrın 16-da Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini rəsmi olaraq təsdiqləyib. Yeni məhdudiyyətlər Rusiya, Çin və Şimali Koreyadan olan 84 fiziki və hüquqi şəxsi əhatə edir.