Macarıstan 15-ci sanksiya paketində Rus Pravoslav Kilsəsinin liderini müdafiə etdi – ÖZƏL

Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 15-ci sanksiya paketindən Moskvanın patriarxı Kirillin, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın və Rusiya Olimpiya Komitəsinin çıxarılmasına nail olub. 

Olaylar.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Naziri Peter Siyarto öz açıqlamasında bildirib.

"Bizim üçün bu məsələ prinsipial idi, çünki din azadlığını müdafiə etməkdə israrlıyıq," - deyə Siyarto sosial şəbəkədə paylaşım edib.

Nazir əlavə edib ki, Avropa İttifaqının sanksiya siyahısına Avropanın ən önəmli xristian kilsələrindən birinin liderinin daxil edilməsi ciddi və geri dönməz proseslərə yol aça bilərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31