Rusiyada yeni qoşun növü yaradılır
16 Dekabr 2024 16:29 DünyaRusiya Silahlı Qüvvələrində pilotsuz sistemlərin qoşunları formalaşacaq.
Olaylar xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belousov deyib.
"Ali Baş Komandanın göstərişinə uyğun olaraq, yeni qoşun növü - pilotsuz sistemlərdən ibarət qoşunların formalaşdırılması təklif edilir", - Belousov bildirib.
Onun sözlərinə görə, Prezident Vladimir Putinin müvafiq qərarı ilə yeni qoşun növünün yaradılmasının 2025-ci ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31