Almaniyada Rusiyaya qayıdış çağırışları- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyası Rusiyayla "xüsusi münasibətlər"ə qayıtmağı təklif edir. Partiya lideri Tino Krupalla NATO-nun bütün Avropa ölkələrinin, o cümlədən Rusiyanın maraqlarını nəzərə almalı olduğunu deyib və Almaniyanın NATO-dakı üzvlüyünü sual edib. Onun sözlərinə görə, "Rusiya Ukrayna müharibəsində qalib gəlib."

AfD-nin digər lideri Björn Höcke isə Avropa ilə Rusiya arasında yeni "dəmir pərdə"nin yaranmasına qarşı çıxıb və Almaniyanın xarici siyasətdə müstəqilliyinin olmadığını bildirib.

Partiya Almaniyanın ağır iqtisadi vəziyyətini əsas gətirərək Rusiyayla əməkdaşlığı bərpa etməyi təklif edir. Ucuz enerji resurslarının itirilməsi və sənaye sektorundakı böhran ölkə iqtisadiyyatına ciddi təsir edib.

Digər əsas partiyalar isə hələlik ABŞ siyasətini dəstəkləyir. Sorğulara görə, AfD 18-20% dəstək alır, lakin hökumət qurmaq şansı aşağıdır. Partiya radikal bəyanatlarla seçki kampaniyasında mövqeyini gücləndirməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31