İsrailin hərəkətləri Suriyada sülh səylərini təhlükə altına qoyur – ÖZƏL
16 Dekabr 2024 15:05 DünyaOlaylar.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Türkiyə İsrailin Qolan təpələrində qeyri-qanuni yaşayış məskənlərini genişləndirmək qərarını qətiyyətlə pisləyir və Suriyada sülh və sabitliyin bərqərar edilməsi istiqamətində davam edən səyləri təhdid etdiyini bildirir.
"Biz İsrailin 1967-ci ildən işğal etdiyi Qolan Təpələrində qeyri-qanuni yaşayış məskənlərini genişləndirmək qərarını qətiyyətlə pisləyirik. Bu qərar İsrailin işğal yolu ilə sərhədlərini genişləndirmək strategiyasının yeni mərhələsini göstərir", - nazirliyin saytında dərc olunan bəyanatda deyilir.
"İsrailin hərəkətləri Suriyada sülh və sabitliyin bərqərar edilməsi səylərini əhəmiyyətli dərəcədə pozur və regionda gərginliyi artırır", - nazirlik əlavə edib.