Türkiyə ordusu İraqın şimalında 9 terrorçunu zərərsizləşdirib
16 Dekabr 2024 14:55 DünyaTürkiyə Silahlı Qüvvələrinin 3-9 dekabr 2024-cü il tarixlərində İraqın şimalında keçirdiyi hava əməliyyatları nəticəsində 9 PKK terrorçusu zərərsizləşdirilib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"3-9 dekabr tarixlərində İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində Hakurk, Qara və Metina bölgələrində 9 PKK terrorçusunun zərərsizləşdirildiyi müəyyən edilmişdir. Biz terroru mənbəyində məhv etməkdə qərarlıyıq, əzmliyik və güclüyük", - açıqlamada qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31