Belarus gələcək Ukrayna sülh danışıqlarında iştirak etmək istəyir - ÖZƏL
16 Dekabr 2024 13:57 DünyaOlaylar.az xəbər verir ki, Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç bildirib ki, Minsk Ukrayna üzrə gələcək sülh danışıqlarında iştirak etmək arzusundadır.
"Belarus lap əvvəldən Ukraynada sülhü təşviq etmək və zorakılığın artmasının qarşısını almaq üçün addımlar atır. Bu səbəbdən biz əvvəldən bəyan edirik ki, Ukrayna üzrə danışıqlar başlayan kimi danışıqlar masasında yer almağa layiqik. Bu vacibdir. Bizim öz təhlükəsizliyimizə zəmanət almağımız üçün yekun razılaşmalar xüsusilə Belarusun maraqlarını nəzərə almalıdır", - deyə o, Xarici İşlər Nazirliyinin Belaruslar üzrə Məşvərət Şurasının 9-cu iclasında bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31