Fələstin ABŞ-dən hərbi yardım istədi – ÖZƏL
16 Dekabr 2024 10:44 DünyaFələstin hökuməti Cenin bölgəsində islamçı döyüşçülərə qarşı əməliyyat keçirmək üçün ABŞ-dən hərbi yardım paketi tələb edib.
Olaylar.az xəbər verir ki, bu barədə Axios portalı siyasi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, artıq bir ildən çoxdur ki, döyüşçülər Cenin qaçqın düşərgəsi üzərində nəzarəti ələ keçiriblər. İnsanları azad etmək üçün görülən cəhdlər uğursuzluqla nəticələnib, çünki döyüşçülərin silahlanma səviyyəsi fələstinli təhlükəsizlik qüvvələrindən daha üstün olub. Bu səbəbdən rəsmi Ramallah yardım üçün ABŞ-ə müraciət etməyi qərara alıb.
Axios yazır: "Fələstin administrasiyası ABŞ-ə təhlükəsizlik qüvvələrinin təcili ehtiyac duyduğu avadanlıq və sursatların siyahısını təqdim edib."
Fələstin hökuməti əməliyyatın zəruriliyini izah edərkən, döyüşçülərin hökuməti zorakı yollarla devirmək ehtimalından narahat olduqlarını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Fələstin Prezidenti Mahmud Abbas Rusiyaya səfər etməyə hazır olduğunu açıqlamış və 80 illik Qələbə bayramında iştirak etmək istəyini ifadə etmişdi.