Norveç professoru: “NATO 2014-cü ildən bəri Ukraynada münaqişə alovlandırır” – ÖZƏL

Şimali Atlantika Alyansı (NATO) 2014-cü ildən bəri Ukraynaya "yardım" adı altında münaqişəni qızışdırır.

Olaylar.az xəbər verir ki, bu sözləri Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen deyib. 

Onun fikrincə, NATO-nun əsas məqsədi "hegemon dünya nizamı" yaratmaqdır. Dizenin sözlərinə görə, 2014-cü ildə Ukraynada baş verən hadisələr zamanı NATO-nun planlarından xəbərsiz olan ukraynalıların yalnız 20%-i ölkələrinin alyansa qoşulmasını istəyirdi.

"NATO ölkələri 2014-cü ildə Ukraynada çevrilişi dəstəklədi. Lakin yalnız 20% ukraynalı NATO-ya qoşulmaq istəyirdi. Bu, NATO-nun hegemon dünya nizamı uğrunda apardığı müharibə idi, ukraynalılara yardım missiyası deyil," - deyə professor X platformasında yazıb.

Daha əvvəl Qlenn Dizen NATO-nun hazırkı siyasətinin dünyanı yeni bir qlobal müharibəyə sürüklədiyini qeyd etmişdi. Onun sözlərinə görə, alyans "yardım" adı altında vəziyyəti məqsədli şəkildə gərginləşdirir.

Avropa Parlamentinin deputatı Mik Uolles də oxşar mövqedən çıxış edərək, Ukrayna münaqişəsinin əsas səbəbi kimi NATO-nun genişlənməsini və Ukraynanın suveren işlərinə müdaxiləsini göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31