Netanyahu İrana meydan oxudu: Qəzza, Livan, Suriya “bitdi”…
16 Dekabr 10:31 Dünyaİsrail Baş naziri Benyamin Netanyahu, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ilə İran dəstəkli terrorçu qruplara qarşı mübarizə və Həmas tərəfindən girov saxlanılanların azad edilməsinə dair vacib bir telefon danışığı keçirdiyini bildirib.
Olaylar xəbər verir ki, Netanyahu, bazar günü yayımladığı bəyanatda dostu Tramp ilə Qəzza, Livan və Suriya məsələlərini müzakirə etdiyini qeyd edib. O, İran dəstəkli qrupların gücünü zəiflətməyə davam edəcəklərini vurğulayıb. Netanyahu bildirib ki, İsrailin İran və onun müttəfiqlərinin hər hansı hücumunun qarşısını almaq üçün hər zaman və hər yerdə fəaliyyət göstərəcək.
"Suriya artıq o Suriya deyil; Livan artıq o Livan deyil, Qəzza artıq o Qəzza deyil və "oxlar"ın ("Müqavimət oxu" nəzərdə tutulur - red.) lideri İran da artıq o İran deyil", - Baş nazir vurğulayıb.
Netanyahu, İsrailin yeni Suriya rejimi ilə qarşıdurma marağının olmadığını, lakin İran və Hizbullah kimi qrupların təkrar silahlanmasının qarşısını almaqda qərarlı olduqlarını ifadə edib. O, İsrailin Həmas tərəfindən girov saxlanılanların azad olunması üçün qətiyyətlə hərəkət edəcəyini və bu mövzuda detallı danışmamağın daha faydalı olduğunu bildirib.
Donald Tramp isə NBC-nin Meet the Press proqramında Netanyahuya münaqişəyə son qoyması üçün qalibiyyət əldə etməyin vacib olduğunu bildirib. O, Həmas tərəfindən girov saxlanılanlarla bağlı pessimizmini ifadə edib və 20 yanvar 2025-ci il tarixində ABŞ prezidenti vəzifəsini rəsmi olaraq qəbul etməzdən əvvəl girovların azad olunmaması halında Yaxın Şərqdə ciddi nəticələrin olacağını qeyd edib.
Trampın xüsusi girov məsələləri üzrə nümayəndəsi Adam Böhlerin yaxın həftələrdə yeni girov azad etmə razılaşması ilə bağlı danışıqlar aparmaq üçün İsrailə səfər edəcəyi bildirilir. Bu danışıqlarda irəliləyiş əldə edildiyi və Həmasın bəzi uzunmüddətli tələblərindən imtina edə biləcəyi ehtimal olunur.