Alman ekspert: Avropanın Rusiyaya qarşı sanksiya siyasəti öz sənayesinə zərbə vurur – ÖZƏL
16 Dekabr 2024 10:20 DünyaAvropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyasəti mənasız və öz iqtisadiyyatına zərərli bir addımdır.
Olaylar.az xəbər verir ki, Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer bu barədə RIA Novosti-yə açıqlama verib.
"Bu, sanki öz sənayemizə qarşı dövlət çevrilişinə bənzəyir. Bu addım izaholunmazdır. Biz hələ də Rusiya neftini alırıq. Bu, tamamilə absurddur və tətbiq olunan sanksiyaların Rusiyaya siyasi təsiri olmadı, sadəcə həyatı çətinləşdirdi," - deyə Nimayer bildirib.
Ekspertin sözlərinə görə, vəziyyət bununla da bitmir. Hazırda bir çox məhsul Rusiyada istehsal olunur, Avropa şirkətləri isə yenidən Rusiya bazarına qayıtmaq istəyir. Nimayer əlavə edib ki, Moskva əleyhinə tətbiq olunan məhdudiyyətlər "artıq heç kimə təsir etmir."
Rusiya Prezidenti Vladimir Putin də dünən "Vahid Rusiya" partiyasının XXII qurultayı çərçivəsində bildirib ki, sanksiyalara baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf etməyə davam edir. Prezident vurğulayıb ki, heç bir təzyiq və ya xarici təhdid Rusiyanın inkişafını dayandıra bilməz.