Serbiya prezidenti NIS şirkətinə qarşı sanksiyalarla bağlı müzakirələrə başlayır – ÖZƏL
16 Dekabr 2024 10:16 DünyaSerbiya prezidenti Aleksandr Vuçiç ABŞ-nin "Naftne industrije Srbije" (NIS) enerji şirkətinə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı Serbiyanın Təhlükəsizlik və Məlumat Agentliyinin (BIA) nümayəndələri ilə görüş keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə RTV telekanalı məlumat yayıb.
Prezident görüşdə Ağ Evdən alınan sanksiya məlumatlarının müzakirə edildiyini və bu barədə video müraciətlə çıxış etdiyini bildirib.
"Artıq sabahdan amerikalılar, ruslar və digər tərəflərlə danışıqlara başlayacağıq," - deyə Vuçiç video müraciətində qeyd edib.
Onun sözlərinə görə, danışıqlar dekabrın 16-da başlayacaq. Prezident vurğulayıb ki, Belqrad üçün əsas məsələ, ölkə vətəndaşlarının gündəlik həyat və işdəki problemlərdən təsirlənməməsini təmin etməkdir.
Xatırladaq ki, bir neçə gün öncə Vuçiç ABŞ-nin NIS şirkətinə qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirmişdi. Prezidentin sözlərinə görə, bu qərarın əsas səbəbi şirkətdə Rusiya müəssisələrinin pay sahibi olmasıdır.