17 dekabrda Yerdə G1 sinifli maqnit qasırğası baş verəcək – ÖZƏL

Dekabrın 17-si, çərşənbə axşamı, Yerdə G1 sinifli maqnit qasırğası gözlənilir. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası və Heliogeofizika laboratoriyası məlumat yayıb.

Alimlərin məlumatına görə, maqnitosferdə kəskin dəyişikliklər Moskva vaxtı ilə saat 13:00-da başlayacaq. Qasırğanın zirvə nöqtəsi məhz bu vaxta təsadüf edir və təsirləri saat 18:00-dan etibarən zəifləməyə başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31