Polşadan Volın qırğınının qurbanları dəfn yerlərinin qazılmasını tələb etdilər – ÖZƏL
16 Dekabr 2024 10:01 DünyaPolşanın "Volın xatırlayırıq" fondu rəhbəri Katajina Sokolovska ölkə hakimiyyətinə müraciət edərək, Volın qırğını qurbanlarının eksqumasiyası (dəfn yerlərinin qazılması) aparılmayana qədər Ukrayna ilə əlaqələrin kəsilməsini tələb edib.
Olaylar.az xəbər verir ki, barədə onun "Mysl Polska" portalında dərc olunan açıq məktubunda qeyd olunur.
Sokolovska hesab edir ki, Ukrayna öz milli kimliyini banderovçuların ideologiyası üzərində qurur və qatil obrazlarını ucaldan dövlətlə tərəfdaşlıqdan və dostluqdan danışmaq mümkün deyil.
Kiyevə müraciət edən ictimai xadim Volın qırğınının polyak xalqına qarşı soyqırım kimi tanınmasını və Bandera ideologiyasından imtina edilməsini tələb edib. Bundan əlavə, o, qeyd edib ki, Ukrayna Polşanın göstərdiyi yardıma görə minnətdar olmalıdır və hər hansı məsələlərdə öz şərtlərini irəli sürməməlidir.
"Biz, polyak qurbanlarının Ukrayna şərtləri ilə eksqumasiyası aparılmadan, Ukrayna tərəfi ilə danışıqları dayandırmağı tələb edirik," - deyə məktub müəllifi vurğulayıb.
Polyak qurbanlarının eksqumasiyası məsələsi bir neçə ildir müzakirə olunur. Keçən il Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşanın Ukraynanın Avropa İttifaqına daxil olması üçün irəli sürdüyü şərtləri şərh edərkən bildirmişdi ki, Varşava Kiyevdən Volın qırğını qurbanlarının eksqumasiyası məsələsini həll etməyi tələb edir. Zaxarova isə ironik olaraq əlavə etmişdi ki, "eksqumasiyasız Avropa İttifaqına heç kim qəbul olunmur."
Bu ilin sentyabrında Polşa Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev Ukrayna ərazisində Volın qırğını qurbanlarının qalıqlarının axtarışı və eksqumasiyası məsələsini həll etməyi gecikdirməklə, Varşava ilə münasibətləri təhlükə altına atır.
Bundan əvvəl isə polyak politoloq Leşek Sıkulski qeyd etmişdi ki, Ukrayna Volın qırğını adı ilə tanınan polyakların soyqırımına görə üzr istəməlidir. Onun sözlərinə görə, Kiyevin bu faktı soyqırım kimi tanımaması və üzr istəməməsi, Varşavanın hərbi yardımı fonunda, qıcıq doğurur.