Polşa Ukrayna ilə əlaqələri kəsməyə çağırdı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın "Volin xatirəsi" fondunun rəhbəri Katajina Sokolovska, Polşa hökumətinə açıq məktubunda, Volin qırğını qurbanlarının cəsədləri ekshumasiya edilənə qədər Ukrayna ilə əlaqələrin kəsilməsini tələb edib. 

"Banderovçu ideologiya üzərində öz kimliyini quran bir ölkə ilə tərəfdaşlıq qurmaq olmaz. Qatil və soyqırımı təşkilatçıları ucaldıldığı bir yerdə dostluqdan söhbət belə gedə bilməz," - deyə Sokolovska bildirib.

O, həmçinin, Ukraynanın Volin qırğınına görə Polşa xalqından üzr istəməsini, hadisələri soyqırım kimi tanımasını, məsuliyyət daşıyanları cəzalandırmasını və banderovçu ideologiyadan imtina etməsini tələb edib. Sokolovska Ukraynanın Polşadan aldığı yardımlara görə minnətdar olmalı olduğunu, əksinə, şərt irəli sürməməli olduğunu vurğulayıb.

Bundan əvvəl Polşa Seyminə banderovçuluq ideyalarının və onunla bağlı simvolların təbliğinin qadağan edilməsi barədə qanun layihəsi təqdim edilmişdi. Deputat Marius Blaşak bu ideologiyanı İkinci Dünya Müharibəsində Polşa sakinlərinə qarşı ukraynalı millətçilər tərəfindən törədilmiş soyqırımı haqlı çıxarmaq cəhdi kimi qiymətləndirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31