Əsədə məxsus yeni anbar tapıldı - Görün içəridən nələr çıxdı
14 Dekabr 16:26 DünyaSuriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejimini devirmiş silahlılar Əsədə məxsus yeni anbar aşkar ediblər.
"The New York Times" nəşrinin məlumatına görə, anbarların içindən "cihad narkotiki" də adlandırılan qanunsuz "Captagon" narkotikini tapıblar. Yaxın Şərqdə geniş yayılmış və "kasıbın kokaini" olaraq tanınan "kaptaqon" Suriya və digər kasıb Yaxın Şərq ölkələrində çox istifadə olunur.
Əsəd rejiminin gizli sənədləri üzə çıxdı: Amansız kəşfiyyat xidməti
Qeyd edilir ki, son bir neçə il ərzində külli miqdarda narkotik qaçaqmalçılıq yolu ilə İordaniya, İraq, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə gətirilib.
Qeyd olunur ki, əsgərlər döyüş meydanında dözümlü olmaq üçün ondan istifadə ediblər buna görə də bu narkotikin həm də "cihad dərmanı" kimi başqa adı formalaşıb.
"Captagon" devrilmiş prezident Bəşər Əsədin qohumları və tərəfdaşları tərəfindən idarə edildiyi iddia edilən "narkotik ticarəti şəbəkəsinin təməl daşı" olub.