7,5 milyon ukraynalı xaricdə qalıb
14 Dekabr 2024 13:36 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Levy Bereg xəbər saytının təşkil etdiyi dəyirmi masada çıxışı zamanı hərbi əməliyyatlara görə ölkəni tərk etmiş 7,5 milyona yaxın ukraynalının Avropa, ABŞ və Kanadada qaldığını bildirib.
"Bizdə olan məlumata görə, söhbət bu gün xaricdə olan 7,5 milyon ukraynalıdan gedir".
O, iddia edib ki, yeni yaradılmış Birlik Nazirliyi bu insanların repatriasiyası və digər vasitələrlə Ukrayna iqtisadiyyatına inteqrasiyası üzərində işləyəcək.
"Burada mümkün addımlardan biri ikili vətəndaşlıq haqqında qanunun qəbulu ola bilər ki, xalq öz ölkələri ilə əlaqələrini itirməsin"- o izah edib
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31