Gürcüstanda prezident seçkiləri baş tutmuş sayılıb – MSK
14 Dekabr 2024 13:34 DünyaGürcüstanda prezident seçkiləri rəsmən baş tutmuş sayılıb, çünki səsvermə üçün kvorum toplanıb - Seçicilər Kollegiyasının 151-dən çox üzvü iştirak edib.
Olaylar xəbər verir ki, Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.
İlk turda səslərin üçdə ikisini qazanan namizəd qalib gəlmiş hesab olunacaq.
Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31