Gürcüstanda parlament binası qarşısında izdihamlı etirazçılar toplaşıb
14 Dekabr 2024 11:50 DünyaOlaylar.az xəbər verir ki, Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan izdihamlı müxalifət nümayəndələri və onların tərəfdarları ölkə prezidentinin seçilməsinə etiraz ediblər.
Etirazçılar hesab edirlər ki, oktyabrın 26-da keçirilən parlament seçkiləri saxtalaşdırılıb, yeni çağırış parlament legitim deyil, ona görə də qanunverici orqan legitim prezident seçə bilməz.
Parlament binası yaxınlığında əlavə polis qüvvələri yerləşdirilib. Gürcüstan Daxili İşlər Nazirliyi Azadlıq Meydanına xüsusi təyinatlı texnika: su şırnaqları, akustik toplar, polis əməkdaşlarını daşımaq üçün avtobuslar gətirib. Polislə etirazçılar arasında toqquşma yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31