Almaniyada Rusiyanın 3,5 milyard avro dəyərində aktivləri bloklanıb
14 Dekabr 2024 10:18 DünyaOlaylar.az xəbər verir ki, Federal Maliyyə Nazirliyindəki mənbənin verdiyi məlumata görə, Almaniya hakimiyyəti Aİ-nin sanksiya rejimi çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub.
"Almaniyada indiyədək təxminən 3,5 milyard avro dəyərində aktivlər dondurulub və ya hərəkətsizləşdirilib" deyən mənbə əlavə edib ki, bunlara "qara siyahıya salınmış şəxslərin və ya qurumların bloklanmış vəsaitləri və iqtisadi resursları, habelə Rusiya Mərkəzi Bankının yerləşdirilmiş xarici aktivləri daxildir.
Almaniya Maliyyə Nazirliyinin sözçüsü 2023-cü il dekabrın sonunda bildirib ki, səlahiyyətlilər Aİ sanksiyaları çərçivəsində həmin ayın əvvəlinə təxminən 4,1 milyard avroluq Rusiya aktivlərini dondurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31