ABŞ-də "TikTok"a qadağa qoyulması ilə bağlı vəsatət rədd edilib

Kolumbiya Dairə Apellyasiya Məhkəməsi "TikTok" sosial şəbəkəsinin rəhbərliyinin və onun sahibi "ByteDance"in Çin şirkətini platformanı satmağa məcbur edən qanunun müddəalarına müvəqqəti blok qoyulması vəsatətlərini rədd edib.

Olaylar-ın məlumatına görə, bu barədə məhkəminin qərarında bildirilib.

Qərara əsasən, məhkəmə vəsatətlərin "rədd edilməsi" barədə qərar çıxarıb. Sənəddə bildirilib ki, "TikTok" və "ByteDance" məhkəmələr vasitəsilə təşəbbüsün həyata keçirilməsində "müvəqqəti fasilə" əldə etməyə çalışıblar ki, "sonrakı müzakirələrə vaxt ayırsınlar".

ABŞ qanunvericiləri "Google"un sahibi olan "Alphabet" şirkəti və "Apple" şirkətinə yanvarın 19-da TikTok-u tətbiq mağazalarından silməyə hazır olmaları barədə xəbərdarlıq ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31