Fransada Makronun istefası tələb edilib
13 Dekabr 2024 20:40 DünyaFransa "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun "rejiminin sona çatdığını" elan edib və ona istefa verməyi tövsiyə edib.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkə hesabında yazıb.
Filippot qeyd edib ki, dövlət başçısı "NATO-yönlü və Avropayönlü" siyasətçi Fransua Bayrunu Fransa hökumətinin başçısı təyin edib.
"Bayru ultra-Avropapərəst, NATO tərəfdarıdır, koronavirusa qarşı məcburi peyvənd istəyən, poçtla səs vermək istəyən, 45 ilə yaxındır sistemdə olan... Makrona etimadsızlıq səsi verirəm, Makron istefa versin!" - siyasətçi əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31