Suriyada druz kəndi İsrailə birləşmək istəyir – ÖZƏL
13 Dekabr 2024 20:39 DünyaSuriya ilə İsrail sərhədində yerləşən Xader adlı druz kəndinin sakinləri Dəməşqdə sünni müxalifətin hakimiyyətə gəlməsindən sonra İsrailə birləşmək istəklərini ifadə ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti Kan məlumat yayıb.
Məlumata görə, onlarla Xader sakini keçirilən yığıncaqda İsrailin tərkibinə daxil olmaq arzusunda olduqlarını bildirib. Onlar bunun druzlar üçün daha təhlükəsiz olduğunu düşünürlər və Suriya ilə yeni sünni hakimiyyəti altında yaşamağı riskli hesab edirlər.
"Biz öz şərəfimizi qorumaq üçün İsrailə aidolan Colan Təpələrinə birləşmək istəyirik. Bu, yalnız Xaderin deyil, ətrafdakı bütün kəndlərin də taleyinə aiddir, çünki Xaderin taleyi bizim bütün bölgəmizin taleyidir," - deyə Ynet nəşri kənd sakinlərindən birinin video çıxışını yayımlayıb.
Videonun həqiqiliyi hələ təsdiqlənməyib, lakin görüntülər sosial şəbəkələrdə geniş yayılıb.