Putin Paşinyanla görüşdən imtina etdi
13 Dekabr 2024 15:22 DünyaRusiya Federasiyasının Prezidenti Vladimir Putin 13 dekabrda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşməyi planlaşdırmır.
Olaylar xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
"Konkret görüş bu gün planlaşdırılmır, burada baş nazirin proqramı üzrə iş aparılır", - Kremlin nümayəndəsi bildirib.
Qeyd edək ki, Paşinyan 13 dekabr səhər Moskvaya Avrasiya hökumətlərarası şurasının iclasında iştirak etmək üçün yola düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31