Peskov: Rusiya müharibəni dayandırmaq üçün sülhə nail olmaq istəyir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya yalnız atəşkəsi deyil, sülhü təmin etmək məqsədilə açıq mövqeyini qoruyur.

Peskovun sözlərinə görə, Rusiya İstanbul razılaşmaları əsasında danışıqlara hazırdır və bunun vacib olduğunu hesab edir. Lakin hazırda Ukrayna tərəfinin danışıqlardan yayınması səbəbindən müzakirələr üçün şərait yoxdur.

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbəri Andrey Yermak isə Ukraynanın hazırda danışıqlar üçün yetərincə güclü olmadığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31