Putin Trampın andiçmə mərasiminə çağırılmadı
13 Dekabr 2024 15:01 Dünya"Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampdan onun inauqurasiyasında iştirakla bağlı dəvət almayıb".
Olaylar xarici mətbuata istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
"Xeyr, dəvət göndərməyib", - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq. "CBS News" telekanalının məlumatına görə, Tramp Çin sədri Si Cinpini tədbirə dəvət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31