Avropa Trampın siyasətinə tab gətirə bilməyəcək - Ekspert

LGBT siyasəti ilə idarə olunan Avropa ABŞ-ın müttəfiqi kimi faydalı olmayacaq

Olaylar xəbər verir ki, bunu "Xalq hakimiyyəti" partiyasının üzvü, siyasi ekspert Tamar Çiburdanidze deyib.

"Xalq hakimiyyəti" partiyasının üzvü Tamar Çiburdanidzenin fikrincə, dəyərlərdən məhrum olan Avropa Trampın siyasətinə tab gətirə bilməyəcək.

Ekspert qeyd edib ki, Trampın Avropa üçün nə hazırladığını heç kim bilmir, amma fakt budur ki, LGBT siyasəti ilə idarə olunan Avropa ABŞ-ın müttəfiqi kimi faydalı olmayacaq.

"Fakt budur ki, BRİKS-ə qarşı LGBT siyasəti ilə idarə olunan Avropa müttəfiq kimi onun üçün faydalı olmayacaq və çox güman ki, Avropa Şərqdən gələn şirnikləndirici təkliflər qarşısında birliyini qoruyub saxlaya bilməyəcək", - Tamar Çiburdanidze bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31