ABŞ Bayden dövründə Kiyevə 63,5 milyard dollar hərbi yardım vəd edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Pentaqonun bəyanatında deyilir ki, Vaşinqton ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası başlayandan bəri Ukraynaya ümumi məbləği 63,5 milyard dollar olan hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Sənədə əsasən, "ABŞ Bayden administrasiyasının başlanğıcından bəri Ukraynaya 63,5 milyard dollardan çox təhlükəsizlik yardımı ayırıb". 

Bura Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından sonra ayrılan 62,9 milyard dollar yardım daxildir.

ABŞ administrasiyası Kiyevə daha 500 milyon dollarlıq hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31