Kolumbiyada 19 yaşlı polis əməkdaşı faciəvi şəkildə həlak olub – ÖZƏL
13 Dekabr 2024 12:13 DünyaKolumbiyanın paytaxtı Boqotada, Bolivar Parkında baş verən faciə nəticəsində 19 yaşlı polis əməkdaşı Kevin Navas həyatını itirib. Hadisə zamanı Kevin Navasın üzərinə təxminən 30 metr hündürlüyündəki Milad ağacı metal konstruksiyası aşıb.
Olaylar.az xəbər verir ki, bu haqda "Daily Mail"məlumatına yayıb. Məlumata
görə, hadisə yerində olan vətəndaşlar dərhal müdaxilə edərək Kevinə kömək etməyə çalışıblar. Onlar Milad dekorasiyasını qismən qaldıra bilsələr də, Navası xilas etmək mümkün olmayıb.
Yaralanan polis xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Boqota meri Salomon Arias 18 ildir şəhəri Milad bayramına hazırlayan şirkətdən hadisənin başvermə səbəblərinə dair hesabat təqdim etməyi tələb edib.
Mer əlavə olaraq, şəhərdə quraşdırılmış bütün metal konstruksiyaların təhlükəsizlik baxımından yoxlanılmasını tələb edib. Hazırda hadisənin bütün detalları və səbəbləri araşdırılır.