Kürd birləşmələri gələcəkdə Suriya ordusunun bir hissəsi olmağa hazırdır – ÖZƏL

Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının kürd silahlı birləşmələri ölkənin gələcək silahlı qüvvələrinə qoşulmağa hazırdır.

Olaylar.az xəbər verir ki, Əl-Ərəbiyyə SDQ sözçüsü Fərhad Şamiyə istinadən bildirib.

"Biz Dəməşqin hazırkı hakimiyyət orqanları ilə dialoqa hazırıq və Suriya dövlətinin bütün vətəndaşları ədalətli şəkildə təmsil etməsini istəyirik", - o deyib. 

"Siyasi həllə nail olmaq kürd birləşmələrinin gələcəkdə Suriya ordusunun bir hissəsi olmasına imkan verəcək", - sözçü qeyd edib.

Bundan əvvəl Qamışlı şəhərinin kürd muxtariyyət administrasiyası Suriyanın yeni hakimiyyət orqanlarının bayraqlarını SDQ-nin nəzarətində olan Rakka və Hasake əyalətlərində, eləcə də Deyr əz-Zor əyalətinin şimal-şərqindəki qurumlar üzərində asmaq qərarına gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31