"NATO tarixinin ən ağır dövrünü yaşayır"
13 Dekabr 2024 11:02 DünyaNATO tarixindəki mövcud təhlükəsizlik vəziyyəti alyansın ən çətin dövrlərindən biri kimi qiymətləndirilir.
Olaylar xəbər verir ki, bu sözləri NATO Baş katibi Mark Rutte Karnegi Fondunun Avropa bölməsindəki çıxışı zamanı bildirib.
"Təhlükəsizlik sahəsindəki vəziyyət həyatım boyu gördüyüm ən pis durumdadır", - deyə Rutte vurğulayıb.
O əlavə edib ki, Rusiya və Çin NATO ilə ekzistensial qarşıdurma vəziyyətindədir və bu, qlobal təhlükəsizlik üçün ciddi bir təhdid yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31