Paşinyan Moskvaya yola düşüb
13 Dekabr 2024 10:30 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının bugünkü iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.
Olaylar xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb.
Qeyd edək ki, bu görüş 1 yanvar 2015-ci ildə Avrasiya İqtisadi İttifaqının (Aİİ) fəaliyyətə başlamasından sonra sayca 41-ci olacaq. Əvvəlki iclas 1 oktyabr tarixində İrəvanda keçirilib. 2024-cü ildə Aİİ-də sədrlik Ermənistana məxsusdur, növbəti il isə sədrlik hüququ Belarusa keçəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31