ABŞ gürcü rəsmilərinə, qanunvericilərə qarşı viza məhdudiyyətləri tətbiq edir — ÖZƏL
13 Dekabr 2024 10:23 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ hakimiyyəti Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla, 20-yə yaxın şəxsə demokratik normaları pozduqlarına görə viza məhdudiyyəti qoyur və əlavə sanksiyalar hazırlayır.
"Dövlət Departamenti bu gün Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə viza verilməsini qadağan edən viza məhdudiyyəti siyasəti çərçivəsində əlavə tədbirlər elan edir", - sənəddə deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31