Ərdoğan Blinkenlə bunları danışdı

Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ Dövlət katibi Antoni Blinken ilə Esenboğa Hava Limanında görüş keçirib.

Olaylar xəbər verir ki,  görüşə Türkiyə xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş müşaviri Akif Çağatay Kılıç və Prezidentin xüsusi katibi Hasan Doğan da qoşulub.

Görüşdə Türkiyə-ABŞ ikitərəfli münasibətləri, Suriyadakı son hadisələr, qlobal və regional mövzular müzakirə olunub.

Prezident Ərdoğan, Türkiyə-ABŞ əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün göstərilən səylərin yeni dövrdə də davam etdiriləcəyini ifadə edib.

Suriyadakı vəziyyət və Türkiyənin mövqeyi
Ərdoğan bildirdi ki, Türkiyə ilk gündən etibarən Suriyanın ərazi bütövlüyünün, birliyinin və unitar strukturunun qorunmasının tərəfdarı olub. O, Suriyadakı qurumların yenidən bərpası və ölkənin dirçəldilməsi üçün beynəlxalq cəmiyyətin birlikdə işləməsinin vacibliyini vurğulayıb.

Prezident, Türkiyə üçün təhlükə yaradan PKK/PYD/YPG və DEAŞ başda olmaqla bütün terror təşkilatlarına qarşı qabaqlayıcı tədbirlər görüləcəyini bəyan edib. 

ABŞ-ın mövqeyi
ABŞ Dövlət Departamentindən verilən açıqlamada, Blinken-in Türkiyə ilə güclü regional əməkdaşlıq və Suriyalılara aid, hesablı və inklüziv bir hökumətə keçidi dəstəkləmə məsələlərini müzakirə etdiyi bildirilib.

Görüşdə bütün aktorların insan hüquqlarına hörmət etməsi, beynəlxalq humanitar hüquqa riayət olunması və mülki şəxslər, azlıq qruplara mənsub insanlar üçün qoruma tədbirlərinin görülməsi vacibliyi vurğulanıb.

O, Qəzzədə atəşkəs razılaşmasının təcili imzalanmasının da vacibliyinin vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31