Rusiya Tramp administrasiyası ilə dialoqa açıqdır - ÖZƏL

Moskva ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə dialoqa açıqdır, lakin Vaşinqtonun anti-Rusiya siyasətini dəyişəcəyini gözləmir.

Olaylar.az   xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Bəzi nüanslar və dəqiqləşdirmələr mütləq nəzərə alınacaq, lakin biz Vaşinqtonun anti-Rusiya siyasətindən əl çəkməsi kimi heç bir radikal addım görməyəcəyik. Bununla belə, biz dialoqa açığıq; Rusiya prezidenti bunu dəfələrlə açıqlayıb" - yüksək səviyyəli diplomat qeyd edib.

Qeyd edək  ki   ABŞ-ın hazırkı demokrat prezidenti Co Bayden 2025-ci il yanvarın 20-də hakimiyyəti respublikaçı Trampa təhvil verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31