Qərb Ukrayna ilə bağlı sanksiyalar vasitəsilə Rusiyanı zəiflədə bilmir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Slovakiyanın baş naziri Robert Fiko Braziliyaya rəsmi səfəri zamanı bildirib ki, Qərb Rusiyanı zəiflətmək üçün Ukraynadakı münaqişədən istifadə etməyə çalışıb, lakin onun sanksiyalar siyasəti iflasa uğrayıb.

"Qərb Rusiyanı zəiflətmək üçün bu münaqişədən istifadə etmək qərarına gəldi və sanksiyalar tətbiq olundu. Çoxlu humanitar yardımlar və bol silahlar alan Ukraynaya milyardlarla avro və dollarlar xərclənir. Nəticə nədir? 
Rusiya qoşunları getdikcə daha çox ərazi ələ keçirir, eyni zamanda sanksiyalar işə yaramır və Ukrayna daha güclü mövqedən danışıqlar apara bilmir" - o, bildirib.

Fiko həmçinin digər Avropa İttifaqı ölkələrinin Bratislavanın danışıqlara başlamaq zərurətinə dair mövqeyini nəzərə almaq istəmədiklərindən təəssüfləndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31